Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bakı Musiqi Akademiyasında yeni veb-sayt istifadəyə verilib
14.10.2021

Böyük Britaniya Şurasının “Creative Spark” ali təhsil müəssisəsi proqramı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) yeni veb-sayt (https://www.creativebma.az/ ) istifadəyə verib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, 2019-cu ildən etibarən Bakı Musiqi Akademiyasında Şərqi London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda “Creative Spark” layihəsi uğurla davam edir. Layihənin icra olunduğu müddətdə yaradıcı tələbələr və məzunlar üçün onların sahibkarlıq haqqında biliklərini, biznes bacarıqlarını və ingilis dili biliyini inkişaf etdirmək üçün təlimlər, vebinarlar, müsabiqələr, danışıq klubları təşkil olunur və bir sıra digər elektron resurslar təqdim olunur.

Layihənin koordinatorları BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevadır.

Yeni istifadəyə verilmiş veb-saytda “Creative Spark” proqramı, tərəfdaşlar, təlimlərdə uğurla iştirak etmiş tələbələr və layihə çərçivəsində görülən bütün işlər haqqında məlumat öz əksini tapıb.

Qeyd edək ki, veb-saytın yaradılmasının məqsədlərindən biri də layihədə uğurla iştirak etmiş tələbələr üçün freelancer-lik fəaliyyəti ilə bağlı imkanları genişləndirməkdir.

Oxşar Xəbərlər

    ×