Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ilk günü "Barokko musiqi axşamı" ilə başa çatıb
18.10.2021

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olunub.

"Report" xəbər verir ki, konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədova, İlham Nəzərov, Səbinə Əsədova və Cəlal Kərimov dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.

Oxşar Xəbərlər

    ×