Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbirdə Ordumuzun rəşadətli Qələbəsindən danışılır
19.10.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə müzəffər Ordumuzun rəşadətli Qələbəsindən, Ali Baş Komandanın uğurlu siyasətindən, bu yolda sağlamlığını itirən qazilərimizdən və canından keçən şəhidlərimizdən danışılıb. Şəhidlərimiz Polad Həşimov, İlqar Mirzəyev, Rəşad Şiriyev, Samir Mehdiyev və başqaları haqqında məlumatlar verilib.

Tədbirdə Türkan qəsəbəsi Cəbrayılov Dərdayıl adına 119 nömrəli tam orta məktəbin şagirdləri və daimi oxucular iştirak edib, Vətənə, şəhidlərə aid şeirlər səsləndirilib.

Oxşar Xəbərlər

    ×