F.Köçərli adına Respublika Uşaq Kitabxanasının keçirdiyi növbəti "Nağıl saatı"nda uşaq yazıçısı Zahid Xəlil oxucularla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Mirzə Ələkbər Sabir adına 259 və 229 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.
Görüş zamanı Zahid Xəlil uşaqlara həyat və yaradıcılığı haqqında, əsasən də yaxınlarda nəşr olunmuş “Dəmir Yumruq” adlı kitabı haqqında danışıb. Sonra müəllif vətənpərvərlik ruhunda qələmə aldığı “Dəmir Yumruq”, “Poladın igidliyi”, “Bayrağım” şeirlərini oxuyub.
Sonda yazıçı uşaqlarla xatirə şəkli çəkdirib.