Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçiriləcək
04.11.2021

Noyabrın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanla Türkiyə arasındakı əbədi qardaşlığa və dostluğa həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçiriləcək.

Fondan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkənin əlaqələrinin yüksək mərhələyə çatmasındakı xidmətləri əks olunub. Kitab ulu öndər Heydər Əliyevin fəaliyyətinin son dövründən (2003-cü il) başlayaraq, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı günədək olan dövrü əhatə edir.

Kitabda Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışları, müraciətləri, bəyanatları, fotoları yer alıb. Kitabın ideya müəllifi və nəşrə hazırlayanı Məlahət İbrahimqızı, rəyçilər Necdət Ünüvar, Əhliman Əmiraslanov, redaktoru Öznur Çalıqdır.

Tədbirdə rəsmilər, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış siyasi və ictimai xadimlər iştirak edəcəklər.

Oxşar Xəbərlər

    ×