Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Qırğız Respublikasının Parlamenti-Jogorku Keneş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə sənədlərini təsdiq edib
04.11.2021

Qırğız Respublikasının Parlamenti-Jogorku Keneş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişi və “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsinə məcburi ödənişlərin həcminə dair” Protokolu ratifikasiya etmişdir.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, parlamentdə eyni zamanda mədəniyyət, idman və turizm sahəsində dövlət siyasətinin təxirəsalınmaz vəzifələrinə, tarixi-mədəni irsin qorunması, ondan iqtisadiyyatın inkişafı üçün mühüm amil kimi istifadə edilməsi və bu istiqamətdə Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacib əhəmiyyət kəsb etməsi məsələlərinə toxunulub.

Qeyd edilməlidir ki, “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında” Saziş 2018-ci il sentyabrın 2-də Bişkek şəhərində imzalanıb. 2020-ci il noyabrın 28-də isə İstanbul şəhərində “Üzv Dövlətlərin Türk Mədəniyyəti və İrsi Fondunun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair” Protokol imzalanıb.

Oxşar Xəbərlər

    ×