Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan “Kazan odları”nın builki 10-cu nömrəsində tatar oxucusuna Əkbər Qoşalının şeirlərindən örnəklər təqdim edilib.
AZƏRTAC xəbər verir ki, istedadlı tatar şair-tərcüməçisi Rifat Salahın tərcümə etdiyi şeirlər “Qardaş xalqlar ədəbiyyatı” bölümündə dərc olunub.
Qeyd edək ki, Beynəlxalq “Alaş” Ədəbi mükafatı laureatı olan Ə.Qoşalının şeirləri daha öncə də tatarcaya, digər qardaş xalqların türkcəsinə, habelə ruscaya, ingiliscəyə tərcümə olunub.