Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ictimaiyyətə təqdim edib
04.11.2021

Tariximizə şan və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ildönümü yaxınlaşır. Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, sənətin müxtəlif sahələrində yeni–yeni möhtəşəm əsərlərin yaranmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Xalq artisti, pianoçu Murad Hüseynov Zəfərin ildönümü ərəfəsində bəstələdiyi “İthaf” əsərini ictimaiyyətə təqdim edib. Əsər 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə həsr olunub.

Müəllifin ifasında lentə alınan “İthaf” kompozisiyasının rejissoru İlqar Əkbər, operatoru Elvin Muradxanlıdır.

Oxşar Xəbərlər

    ×