Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Qəhrəmanlar unudulmur” adlı videoçarx hazırlanıb
04.11.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsi şəhidi Zaur Nudirəliyevin qəhrəmanlığı haqqında “Qəhrəmanlar unudulmur” adlı videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Zaur Nudirəliyevin şərəfli ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim olunub.

Videoçarxda bildirilib ki, sentyabrın 27-də başlanan Vətən müharibəsində “Su-25” hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilib və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırıb. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi “Su-25” hücum təyyarəsinin vurulması nəticəsində şəhid olub.

Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra “Atəş ramı” reallaşdıran birinci pilotdur.

Oxşar Xəbərlər

    ×