Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Digitalart-lab” layihəsi iştirakçıları mükafatlandırılacaq
10.11.2021

Noyabrın 11-də Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində “Digitalart-lab” layihəsinin iştirakçılarının sərgisi və sertifikatlarla təltif edilmə mərasimi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci ilin sentyabrında start verilən layihə rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi məqsədilə proqresiv, yaradıcı gəncləri, həvəskarları və bu sahədə çalışan mütəxəssisləri bir araya toplayaraq uğurla yekunlaşıb.

Layihə çərçivəsində ustad dərsləri Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərmin Qəmbərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Sara Qədimova, İntizar Qafarova, Sufi Səfərli, Aişə Məhərrəmova, İnarə Əliyeva, Şəlalə Salamzadə, Hüseynli Xəzangül, Nəzakət Əhmədova, Hənifə Musayeva, Nərminə Qurbanzadənin iştirakı ilə gerçəkləşib.

Geniş ictiamiyyətin marağına səbəb olan layihə müddətində rəssam Natiq Kamal, dizayner rəssam Hüseyn Rzayev, qrafik dizayner və illüstrator Mahir Qafarov, Amil Quliyev, animator Mansur Şəfiyev, vizual effektlər üzrə rəssam Hacı Qədirov, qrafik dizayner və rəssam Rəsul Həsən, illustrator Ərzuman Paşayevin ustad dərsləri keçirib.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

Oxşar Xəbərlər

    ×