“Azərbaycan hər zaman təşkilatın YUNESKO dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.
Report xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Anar Kərimovun Twitter hesabında Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrikində yer alıb.
Nazir Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsinə layiq olduğunu vurğulayıb.
Qeyd edək ki, dünən YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.