Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq
25.11.2021

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, operada teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.

"Koroğlu" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Oxşar Xəbərlər

    ×