Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Kitabxanada “Kəlbəcər azaddır!” adlı virtual sərgi hazırlanıb
25.11.2021

Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Kəlbəcər azaddır!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Kəlbəcərin tarixi, təbiəti, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/kelbecer_azaddir!/index.htm linkindən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×