Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli Xalça Muzeyində növbəti mühazirə - “Tahir Salahov yaradıcılığında xalçanın sehri”
25.11.2021

Noyabrın 27-də Azərbaycan Milli Xalça Muzeyində “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin I kurs magistrantı Sədaqət Əliyeva tərəfindən təqdim olunacaq. O, dünya təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahovun xalçalara köçürülmüş möhtəşəm əsərlərindəki sirli-sehirli təsvirlər, onların mənaları barədə məlumat verəcək.

S.Əliyeva dahi sənətkarın keçdiyi yarım əsrlik zəngin yaradıcılıq yolundan da danışacaq.

Oxşar Xəbərlər

    ×