Azərbaycan Milli Xalça Muzeyində “Tahir Salahov yaradıcılığında xalçanın sehri” adlı mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, mühazirə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin magistrantı Sədaqət Əliyeva tərəfindən təqdim olunub. O, dünya təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahovun xalçalara köçürülmüş möhtəşəm əsərlərindəki sirli-sehirli təsvirlər, onların mənaları barədə məlumat verib.
S.Əliyeva dahi sənətkarın keçdiyi yarım əsrlik zəngin yaradıcılıq yolundan da danışıb.