Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Azərkitab”da “Duyğu çələngi” adlı rəsm sərgisi açılıb
29.11.2021

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində rəssam Fərəh Babayevanın "Duyğu çələngi" adlı ilk fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, üç gün ziyarətçilər üçün açıq olacaq sərgidə rəssamın 44 əsəri nümayiş olunur.

Sərginin kuratoru Elnurə İsgəndərova tədbiri açaraq sərgi haqqında məlumat verib.

Sərgidə yazıçı Gülzar İbrahimova rəssamın əsərlərinə Qarabağa həsr etdiyi şeiri ilə öz hisslərini ifadə edib.

Sonra tədbir iştirakçıları rəssamı ilk fərdi yaradıcılıq sərgisi münasibətilə təbrik ediblər və belə sərgilərin rəssamların inkişafında əvəzsiz rol oynamaqla yanaşı, gənc rəssamlara stimul olduğunu bildiriblər.

Daha sonra çıxış edən Fərəh Babayeva bu sərgisinin təşkilində ona dəstək olan Elnurə və Aygün İsgəndərovalara və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda rəssam Fərəh Babayev “Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərəfindən diplomla təltif olunub.

Oxşar Xəbərlər

    ×