Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Elçin Qafarlı: Məqsədimiz Aşıq Ələsgəri Türkiyə ictimaiyyətinə daha geniş tanıtmaqdır
29.11.2021

Böyük el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200 iliyi münasibətilə həm Azərbaycanda, həm də Türkiyədə böyük tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Elçin Qafarlı söyləyib.

TÜRKSOY-un da ustad Ələsgərlə bağlı tədbirlərə töhfə verdiyini diqqətə çatdıran Elçin Qafarlı əminliklə məqsədin Aşıq Ələsgəri Türkiyə ictimaiyyətinə daha geniş tanıtmaq olduğunu diqqətə çatdıraraq deyib ki, biz də TÜRKSOY olaraq Aşıq Ələsgərin seçmə şeirlərini türk dilinə tərcümə etdirib nəfis şəkildə nəşr etdirdik. Kitabın təqdimatının türk dünyasının mədəniyyət ocağında keçirilməsi mühüm məsələdir. Əminəm ki, bu kitab ustad Aşıq Ələsgərin Türkiyədə daha geniş tanınmasına təsir göstərəcək.

Oxşar Xəbərlər

    ×