Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə təşkil olunub.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: http://mct.gov.az/az/bfdestek2022