Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Vətənpərvərliyin təbliği ilə bağlı tədbirlərin təşkili davam edir
01.12.2021

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi vətənpərvərlik mövzusunda layihələrini həyata keçirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbirin qonaqları Qazi İmran Quluzadə və Samir Bünyatov olub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.

Daha sonra qazilər şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə, eləcə də müharibə qazilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

Sonda qazilər kitabxana tərəfindən fəxri fərmanla təltif ediliblər.

Oxşar Xəbərlər

    ×