Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Maraqlı xəbərlər
Yaponiya daha altı ölkə və regiondan gələnlər üçün karantin tələblərini sərtləşdirir
03.12.2021

Yaponiya hökuməti koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə daha altı ölkə və regiondan gələnlər üçün karantin tələblərini sərtləşdirir.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Qana, İrlandiya, Norveç, BƏƏ, Səudiyyə Ərəbistanı və Kaliforniyadan gələnlər üçün xüsusi müəssisələrdə qalmaq şərti ilə 14 günlük karantin tətbiq olunacaq. Həmin qayda dekabrın 4-də qüvvəyə minəcək.

Xatırladaq ki, Yaponiya hökuməti noyabrın 29-da ölkəyə gələnlərin ümumi sayının 3,5 min nəfərdən çox olmaması barədə qərar qəbul edib. Bunun ardınca “omikron” ştamı ilə əlaqədar Afrikanın doqquz ölkəsindən uzunmüddətli vizalara malik şəxslər də daxil olmaqla bütün əcnəbi vətəndaşların ölkəyə gəlişinə qadağa tətbiq edilib.

Bununla yanaşı, Yaponiya hökuməti noyabrın 30-da əcnəbi biznesmenlər, tələbələr və texniki əməkdaşlara tətbiq olunan yumşaltmaları təxirə salıb və bütün digər əcnəbilər üçün vizaların verilməsini dayandırıb. Bu tədbirlərin ən azı bir ay ərzində davam edəcəyi gözlənilir. Ehtiyac yaranacağı təqdirdə həmin müddət uzadıla bilər.

Oxşar Xəbərlər

    ×