Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Diplomatic affairs” jurnalında yer alan məqalədə ölkəmizin tarix və mədəniyyəti haqqında məlumat verilib
03.12.2021

Niderlandın “Diplomatic affairs” jurnalında ölkəmiz haqqında, eləcə də cari ildə holland dilində nəşr olunmuş “Azərbaycan nağılları” kitabı haqqında “Holland uşaqlarına hədiyyə” (A gift to dutch children) adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Niderlanddakı səfiri Fikrət Axundovun jurnalda ölkəmizin tarixi, mədəniyyəti haqqında məqaləsi yer alıb. Səfir məqalədə multikultural mədəniyyətimiz haqqında ətraflı məlumat verib.

Eyni zamanda, məqalədə cari ildə holland dilində nəşr edilmiş nağıllar kitabının holland uşaqlara ölkəmizi yaxından tanıdacağı qeyd olunub.

Jurnalın redaksiya heyəti məqaləyə şərhlərini əlavə edərək səfirliyimizə təşəkkür edib və kitabın hər iki ölkənin cəmiyyətlərinin bir-birini yaxından tanınmasına imkan yaradacağını qeyd edib, gələcəkdə də belə layihələrin davam edəcəyinə ümid etdiklərini bildirib.

Oxşar Xəbərlər

    ×