Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Expo 2020 Dubai” sərgisi çərçivəsində milli caz konserti təşkil olunub
10.12.2021

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 9-da Azərbaycan pavilyonunda “Buta jazz concert by Shahın Novraslı’s” caz konserti təşkil edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə ölkəmizi Şahin Növrəslinin rəhbərlik etdiyi qrup təmsil edib.

Tədbirin proqramı etno-caz, muğam-caz və milli-caz janrlarının sintezini əhatə edir.

Konsert tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Oxşar Xəbərlər

    ×