Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Teymur Rzayev: İlham Əliyev Azərbaycan xalqının qəlbində bir yaraya dönən Qarabağ həsrətinə son qoydu
23.12.2021

Azərbaycanın tarix səlnaməsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin qəhrəmanı olan Prezident İlham Əliyev uzun illər Azərbaycan xalqının qəlbində bir yaraya dönən Qarabağ həsrətinə son qoydu. Bunun üçün, eləcə də ölkəmizin inkişafı baxımından gördüyü əvəzsiz xidmətlərə görə ölkə başçımıza sonsuz minnətdarlığımızı bildiririk.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Əməkdar rəssamı İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev bildirib.

Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə ən xoş arzularını çatdıran Teymur Rzayev deyib: “Ölkə başçısının hər zaman xalq tərəfindən sevilməsi və daima dəstəklənməsi dünyada çox nadir görülən haldır. Qəhrəman Azərbaycan xalqı olaraq biz, daima ölkə başçımızın yanındayıq və onunla bərabər addımlamaqdan qürur duyuruq”.

Oxşar Xəbərlər

    ×