Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
AZƏRTAC daimi mühafizə məqsədilə 9529 saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib
24.12.2021

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC tərəfindən 9529 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Təhvil verilən fotosənədlərin məzmununu torpaqlarımızın işğaldan azad olunması, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti–quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020–2021-ci illərdə keçirdiyi görüşləri, KİV nümayəndələrinə verdiyi müsahibələr, rəsmi qəbulları, tədbirlərdə iştirakı, ölkə daxilinə və xarici ölkələrə işgüzar və rəsmi səfərləri təşkil edir.

Qəbul edilmiş sənədlər içərisində 44 günlük Vətən müharibəsi iştirakçıları olan qəhrəman hərbçilərimizin şücaətini, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətini əks etdirən fotosənədlər də yer alıb.

Oxşar Xəbərlər

    ×