“Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə start verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Vətən müharibəsi şəhidləri Rəşad Ələkbərovun (Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olub), Oruc Əliyevin (Murov döyüşlərində şəhid olub), Nemət Məmmədovun (Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olub) və Murad İbrahimovun (Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub) şəxsi sənədlərinin və fotoalbomlarının surətləri Dövlət Arxivinin Gəncə filialına təqdim edilib.