Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəbərlər
Dünya bazarında müxtəlif amillər neftin qiymətinə təsir göstərir
12.01.2022

Dünya bazarında müxtəlif amillər neftin qiymətinə təsir göstərir.

"Report" xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 0,12% ucuzlaşaraq, 1 bareli 83,62 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,05% artaraq, 1 bareli 81,26 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutu (API) yanvarın 7-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1,077 milyon azaldığını açıqlayıb. Analitiklər isə azalmanın 1,95 milyon barel təşkil edəcəyini güman edirdilər. Rəsmi məlumatları gün ərzində ABŞ-ın Energetika Nazirliyi dərc edəcək.

Neftin qiymətinə müsbət təsir edən amil Liviya neft hasilatının artması haqqında xəbərlər olub.

Bundan başqa, treyderlər ABŞ-ın Energetika Nazirliyinin Enerji Məlumatlarının idarə edilməsi Proqnozunu (EIA) qiymətləndirirlər. Belə ki, nazirliyin proqnozlarına görə, 2022-ci ildə dünyada neftin qlobal istehlakı gündəlik 3,6 milyon barel artaraq, 100,5 milyon barelə çatacaq. 2023-cü ildə isə gündəlik istehlak 1,8 milyon barel artaraq, 102,3 milyon barelə olacaq.

Oxşar Xəbərlər

    ×