Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Opera və Balet Teatrında bu ay maraqlı səhnə əsərləri göstəriləcək
12.01.2022

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay tamaşaçılarına maraqlı səhnə əsərləri vəd edir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 12-də sənət ocağının səhnəsində “Leyli və Məcnun” operası, 15-də “Traviata” operası, 16-da isə “Romeo və Cülyetta” baleti nümayiş ediləcək.

Həmçinin yanvarın 19-da “Sevil” operası, 22-də “Jizel” baleti, 23-də “Zoluşka” operası göstəriləcək.

 

Oxşar Xəbərlər

    ×