Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib
17.01.2022

Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki soydaşımız Səxavət Ociyevə “Dünya vətəndaşı-XXI” adı verilib.

AZƏRTAC xəbər verir ki, alim bu ada Yunanıstandakı Ümumdünya Fəlsəfə Forumu və Sokrat Fəlsəfə Məktəbi tərəfindən layiq görülüb.

Ümumdünya Fəlsəfə Forumunun fəxri prezidenti, Sokrat Fəlsəfə Məktəbinin rektoru, Afina Akademiyasının üzvü Evandelos Mutsopulosun imzası ilə həmyerlimizə sertifikat göndərilib. Sertifikatda bildirilir ki, Səxavət Ociyev elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə bu ada layiq görülüb.

Oxşar Xəbərlər

    ×