Musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsi müzakirə edilir.
Bu barədə Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
"Məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib", - qurumdan vurğulanıb.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında musiqi məktəblərinə işə qəbul prosesinin imtahan yolu ilə keçirilməsinə başlanılacağını söyləmişdi.