Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Türk Akademiyası ilə UNESCO-nun Türkiyə Milli Komissiyası arasında əməkdaşlıq genişlənir
28.01.2022

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Ankarada UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuzla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər UNESCO məsələləri üzrə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, məsləhətləşmələr aparıblar.

Öcal Oğuz Akademiyanın UNESCO çərçivəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, təşkilatda Türk Dili Gününün təsis olunmasında Akademiyanın dəstəyinə önəm verdiklərini qeyd edib.

Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasının UNESCO çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu bildirib və bu məsələdə milli komissiyalarla daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonda Öcal Oğuza Akademiyanın nəşrləri təqdim olunub.

Oxşar Xəbərlər

    ×