Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək
02.03.2022

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov martın 11-də saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsilə martın 9-dək qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Oxşar Xəbərlər

    ×