“Netflix” videoyayım şirkəti Rusiyada bütün fəaliyyətini və kontentin satın alınmasını dondurub.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, şirkətin rusdilli auditoriya üçün dörd layihəsi, o cümlədən Lev Tolstoyun “Anna Karenina” romanı əsasında çoxlarının gözlədiyi “Anna K” serialı və Sovet İttifaqının süqutu ilə bağlı çəkilmiş “Zato” filmi var idi.