Erməni işğalından azad olunmuş ərazilərdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Bəstəkarlar İttifaqı da qoşulub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqı 22 nüsxə kitabı və Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında 54 nüsxə bukleti işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.