Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
YARAT-da İngiltərə istehsalı olan qısametrajlı filmlər nümayiş olunacaq
05.03.2022

Martın 9-da YARAT Müasir İncəsənət Mərkəzində “BAFTA 2021” qısametrajlı filmlər proqramı start götürəcək.

AZƏRTAC xəbər verir ki, proqramda Böyük Britaniyanın bir sıra istedadlı aktyorlarının rol aldığı filmlərin hekayəsinə nəzər salınacaq.

Proqramda yeddi qısametrajlı filmin nümayişi nəzərdə tutulur ki, onlardan üçü animasiyadır. Nümayişin sonunda, 10-cu Beynəlxalq Qısametrajlı Film Festivalının rəhbəri Feyruz Şəmiyev qısametrajlı film festivallarının rolu mövzusunda fikirlərini bölüşəcək.

Filmlərin xronometrajı 78 dəqiqədir.

Oxşar Xəbərlər

    ×