Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalça Muzeyində növbəti mühazirə-“Dekorativ-tətbiqi sənətdə miniatür motivləri”
09.03.2022

Martın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə miniatür motivləri” adlı mühazirə keçiriləcək.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən təqdim olunacaq mühazirədə miniatürün yaranma tarixi, onun Azərbaycan dekorativ-tətbiqi sənətində yeri və rolu barədə ətraflı məlumat veriləcək.

Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək tələb olunur.

Oxşar Xəbərlər

    ×