Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Peter Mixalko: “FantazEU” festivalı Avropa və Azərbaycan mədəniyyətləri arasında körpü yaradır
10.03.2022

“FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Avropa körpüləri” adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgi "Art Tower" qalereyasında təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərgidə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, festivalın məqsədi Avropa mədəni irsini təbliğ etməkdir.

" Sərgi festivalın bir hissəsidir və “FantazEU” Mədəni İrs Festivalı Azərbaycan və Aİ arasında güclü tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, Avropa və Azərbaycan mədəniyyətləri arasında bir körpü yaradır. Biz mədəni körpülərinin qurulmasının vacibliyinə, qarşılıqlı anlaşmanın vacibliyinə inanırıq. Körpülər insanları birləşdirməyə xidmət edir", - deyə Aİ-nin rəsmisi vurğulayıb.

Oxşar Xəbərlər

    ×