Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Məşhur aktyor vəfat edib
11.03.2022

40 ildən artıq uşaq televiziya serialında “Sesame Street”də Luis obrazını canlandıran aktyor Emilio Delqado 82 yaşında vəfat edib.

AZƏRTAC rus mediasına istinadla xəbər verir ki, aktyorun Nyu-Yorkdakı evində qan xərçəngindən dünyasını dəyişdiyini həyat yoldaşı Kerol Delqado təsdiqləyib.

Delqado 1940-cı ildə Kaliforniyada anadan olub. Onun aktyorluq karyerası 1968-ci ildə PBS serialında "Song of the Race"də oynadığı rolla başlayıb.

Oxşar Xəbərlər

    ×