Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
“Müharibənin ana və uşaqları” 32 tablo vasitəsilə təqdim olunur
22.01.2020

Ankarada açılan “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisini 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf etmişəm.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyev söyləyib. Sərgiyə bir il ərzində hazırlaşdığını bildirən rəssam əminliklə vurğulayıb ki, fevralın 15-dək nümayiş olunan 32 əsərin hər biri ziyarətçilər tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, rəssam Məhəmməd Əliyevin Türkiyə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər onun fırça yaradıcılığında əsas mövzudur.

Oxşar Xəbərlər

    ×