Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Azərbaycanlı uşaq yazıçısının əsəri Beynəlxalq Uşaq Kitabı Şurasının Fəxri siyahısında yerə alıb
30.03.2022

Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında dördüncü olub.

AZƏRTAC xəbər verir ki, IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.

Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.

F.Köçərli adına IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir.

Oxşar Xəbərlər

    ×