Respublika Gənclər Kitabxanasında gənc rəssamın təbiətin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən fərdi rəsm sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgisində həvəskar rəssamın 10-dan çox əsəri təqdim olunub.
Sərgidə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov rəsm sərgisinin məhz mədəniyyət ocağı olan kitabxanada təşkil olunmasının müsbət hal olduğunu bildirərək, Azərbaycan və dünya miqyasında məşhur olan rəssamlar haqqında danışıb, rəssamlığın incəsənət növləri arasında ən çətin, lakin eyni zamanda ən maraqlı sahələrdən biri olduğunu vurğulayıb.
Tədbirdə həvəskar rəssamın sərgilənməyən əsərlərindən ibarət videoçarx nümayiş olunub.
Sonda gənc rəssam öz çıxışında sərginin keçirilməsi üçün yaratdıqları şəraitə görə Respublika Gənclər Kitabxanasının rəhbərliyinə öz minnətdarlığını bildirib və rəsmlərindən birini kitabxanaya hədiyyə edib.