Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalça Muzeyində “Muzeylərin yaranma tarixi” mövzusunda mühazirə keçiriləcək
12.05.2022

Mayın 14-də Azərbaycan Milli Xalça Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin yaranma tarixi” adlı mühazirə keçiriləcək.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən aparılacaq. Muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə maraqlı məlumatlar əldə etmək və bu mövzuda suallara cavab tapmaq istəyənlər mühazirəyə dəvətlidirlər.

Yerlər məhdud olduğundan https://forms.gle/tFVv2VqSwiLeiN3n9 linki vasitəsilə öncədən qeydiyyatdan keçmək xahiş olunur.

Oxşar Xəbərlər

    ×