Bütün bəşəriyyətin təcrid olunmuş vəziyyətdə yaşadığı futuristik triller filmi olan "Sıfır Əlaqə"nin (Zero Contact) treyleri yayımlanıb.
AZƏRTAC xəbər verir ki, filmin hekayəsi ekssentrik milyarderin ölümündən sonra vacib bir işi öz üzərinə götürən bir qrup insan ətrafında cərəyan edir.
Treylerdə Oskar mükafatçısı Entoni Hopkinsin canlandırdığı milyarder Finli Hart obrazının oğluna və digər dörd nəfərə bir sıra videomesajlar göndərdiyini görürük.
Filmdə Hart bildirir ki, onun seçdiyi komanda dünyanın sonunu gətirəcək ölümcül fəlakətli hadisəni dayandırmalıdır. İnsanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan treylerdə əlbəttə ki, əslində nə baş verdiyini və Hartın saxladığı sirləri görmək olmur.
Treylerin süjet xəttin izlədikcə tələyə düşən bir qrup insanın evlərinin həyətlərində sirli fiqurların görünməyə başladığını görürük və hər şey daha da pisləşir. Zaman səyahəti faktorları səbəbilə onlar reallıq haqqında təsəvvürlərini itirməyə başlayırlar və öz həyatlarında qəfil baş verən bəzi dəyişiklikləri izah edə bilmirlər.
"Sıfır Əlaqə" ekran əsəri mayın 27-də nümayiş olunacaq.