Facebook Pixel Code
GoMap XƏRITƏ
AMEA Lənkəran Regional Elmi Mərkəzi
Baxış sayı:
Avtobus

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının öndə gedən qurumlarından biri də Lənkəran Regional Elmi Mərkəzi AMEA Rəyasət Heyətinin 21 sentyabr 2005-ci il tarixli qərarı ilə yaradılmışdır. Azərbaycan MEA Rəyasət Heyətinin qərarı ilə Lənkəran REM-nin yaradılmasında məqsəd Cənub-şərq bölgəsinin elmi-texniki potensialını daha da inkişaf etdirmək, nailiyyətlərini təbliğ etmək, sosial-iqtisadi inkişafa xidmət edən yeni biliklərin əldə olunmasına yönəlmiş fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin təşkili və aparılması, regionun tarixini, mədəniyyətini, adət və ənənələrini öyrənmək, onun iqtisadiyyatı ilə bağlı problemlərin həlli ilə məşğul olmaq, elmi kadrlar hazırlamaq və s. işlərdən ibarətdir. 2015-ci ildən kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev Lənkəran REM-nə rəhbərlik edir. 2015-ci il 6 fevral tarixindən hal-hazıradək Lənkəran Regional Elmi Mərkəzinin normal fəaliyyət göstərməsi üçün ilk növbədə inzibati binanın müəyyənləşməsi məsələsi diqqət mərkəzində saxlanılmış və nəticəsi olaraq ancaq 01.07.2016-cı il tarixində bu məsələ müsbət həllini tapmış və inzibati bina hazırda Lənkəran şəhəri Ş.Axundov küçəsi 18 ünvanda yerləşir.

Son xəbərlər