Facebook Pixel Code
GoMap XƏRITƏ
Qax Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Rayonda yerli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ilin noyabr ayının 17-də başlanmış, 2013-cü ilin avqustun 16-da ölkə prezidenti cənab İlham Əliyevin rayona növbəti səfəri zamanı açılışı olmuşdur. Mərkəzi əhatə edən ərazi 0,85ha, binanın sahəsi isə 2000 kv.m təşkil edir. Mərkəzdə sahəsi 105 kv.m olan foyedə Ümummilli liderin möhtəşəm heykəli yerləşir. Ümumi sahəsi 670 kv.m, hündürlüyü 8 m olan əsas zal dörd konsept zonasına bölünüb. Lakin dizayn imkan verir ki, bu zonaları hərəkət etdirməklə zalı bütöv bir şəklə salaraq 300-400 nəfərlik konfrans keçirmək mümkündür.

Ümümmilli liderin dərinməzmunlu həyat və fəaliyyəti 3 böyük monitor, 8 kiçik monitor və eləcə də 52 fotoşəkil və 8 sitatda əks olunmuşdur. Zalda, həmçinin Qax rayonunun xəritəsinin şüşə maketi yerləşdirilmişdir. Heydər Əliyev Mərkəzində kiçik zal, oxu zalı, rəqs otağı, 7 dərnək otağı, kafe, sistem-blok otağı, qarderob və san-uzel yerləşir.

Mərkəzdə xüsusi ekran və tablolarda ümummilli liderin dərin məzmunlu həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, film və fraqmentler nümayiş etdirilir, həmçinin ekspozisiya zalının mərkəzində Qax rayonunun şüşə maketi yer tutur. Əsas zal 4 konsept zonasına bölünür və burada 400 nəfərə qədər konfrans keçirmək mümkündür.

Mərkəzdə, həmçinin Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra orqanları rəhbərləri və nazirlərin yerlərdə vətəndaşların qəbulu ilə bağlı görüşlər, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar- treninqlər və maarifləndirici tədbirlərin keçirilməsi təmin olunur.

Yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədilə Heydər Əliyev Mərkəzində 2014-cü ilin aprel aylarından başlayaraq bu günədək 150-dən çox nigah mərasimi keçirilmişdir.

Qax rayon İcra Hakimiyyəti tərəfindən sifariş edilmiş Heydər Əliyev Mərkəzinin layihəsi fiziki şəxs Nadir Qasımova aiddir. İç dizayn işləri “Erginoğlu və Calıshlar” şirkəti (Türkiyə), əsas dəhliz və sərgi zalının dizaynı ZED Consulting (İspaniya) şirkəti, podratçı təşkilat “Əfqan” firmasına məxsusdur. Layihə, dizayn, tikinti və təqdimetmə üzrə koordinasiya edən şirkət Advisorscodur.

Son xəbərlər