Facebook Pixel Code
GoMap XƏRITƏ
Göyçay Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş fondlar, müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər yaradır. Bu insanların həyatı və fəaliyyəti ilə bağlı nə varsa ehtiramla tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində istifadə edilir. Xalqımızın taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən biri də məhz Heydər Əliyevdir. Onun müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs üçün nümunədir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı ümummilli lider Heydər Əliyevin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədə nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev mərkəzlərinin yaradılmasıdır. Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev mərkəzləri bu gün onu uğurla həyata keçirir. Ümumilikdə Heydər Əliyev mərkəzləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.

Göyçay rayon Heydər Əliyev Muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. Heydər Əliyev Muzeyi Mədəniyyət və Turizm Nazirinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Göyçay rayon Heydər Əliyev Mərkəzi 2009-cu ildə tikilib, 2010-cu il fevralın 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Mərkəz iki mərtəbədən ibarət olaraq 3200m2 –dir. Həyətyanı sahəsi isə 1,5 ha-dır. Mərkəzdə 310 nəfərlik iclas zalı, 1 konfrans zalı,12 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzdə 518 eksponat cəmlənmişdir. Bunlardan 302-si fotoşəkil, 182-si kitab, 32-si sənəd, 2-si isə heykəltaraşlıq nümunəsidir. Mərkəzdə rəsm, tarix, ədəbiyyat, xarici dil öyrənmə, şahmat dərnəkləri, kitabxana fəaliyyət göstərir. Həmçinin multi-media, virtual siniflər mövcuddur. Mərkəzin ekspozisiya sahəsi 300m2-dir. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 215 ədəd eksponat sərgilənir.

 

Son xəbərlər