Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Dövlət Rəsm Qalereyası
Baxış sayı:
Avtobus

Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum.

Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən, 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır. Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur.

Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil olunur.

Qalereyanın əsas fəaliyyət istiqamətləri:

  • Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak.
  • Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib nazirliyə təqdim etmək
  • Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi.

27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı olub. Eyni zamanda, 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində təqdimatı keçirilmişdir.

Son xəbərlər