Facebook Pixel Code
GoMap XƏRITƏ
İmişli Dövlət Rəsm Qalereyası
Baxış sayı:
Avtobus

 İmişli rayon  Dövlət Rəsm Qalereyası  Nazirlər Kabinetinin 17 mart 1983 – cü il tarixli 108 saylı sərəncamı ilə yaradılıb. Qalereyanın özünün müstəqil binası yoxdur. Mədəniyyət Mərkəzində yerləşir.

Qalereyanın ştat vahidi üzrə 7 nəfər işçisi vardır. İşçilərdən 2 nəfər ali , 1 nəfəri orta ixtisas, 4 nəfəri orta təhsillidir.

Qalereyanın fondunda 243 əsər vardır.Onlardan 151 rəngharlıq , 60 qrafika, 7 hekəltəraşlıq, 25 dekorativ –tətbiqi sənət əsərləridir.Qalereyada Azərbaycanın görkəmli rəssamlarından Tağı Tağıyev, Gülü Müstafazadə, Oktay Sadıqzadə, Hacıağa Nəzərov, Elibəy Rzaquliyev, Qulam Şükrullari, Hüseyn Kərimov , Dilarə Xanlarova, Yelena Kərimova, Eyyub Hüseynov, Adil Əzizov , Əyyub Səfərov , Həbib Hüseynov , Maral Rəhmanzadə , Münəvvər Rzayeva , Heydər Cabbarlı, Salam Salamzadə, Nazim Babayev, Adil Rüstəmov, Kamil Nəcəfzadə , Rafiq Mehdiyev, Yaqub Mehdiyev, Səhhət Veysov, Şöhrət Ələkbərov və bir çoxlarının əsərləri qalereyada qorunub saxlanılır.

Qalereya axırıncı dəfə 1995- ci ilin yanvarında əsərlər almışdır.

Son xəbərlər