Bakı Turizm İnformasiya Mərkəzi 2005-ci ildə yaradılmışdır. Mərkəzin direktoru Rauf Səfərovdur. Mərkəzin əsas məqsədi Bakıya gələn əcnəbi turistləri müvafiq informasiya ilə təmin etməkdən ibarətdir. Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycanda ilk dəfə olaraq “Birinci milli turizm mükafatı”na layiq görülmüşdür. Mərkəz 2010-cu ildən Rusiya Turizm Sənayesi İttifaqının üzvüdür. Mərkəzin “Heydər Əliyev” adına beynəlxalq hava limanında, Dənizkənarı Milli Park (Hökümət evi ilə üzbəüz, Park Bulvar Ticarət Mərkəzinin yanı), Nizami küçəsi 69-da və Bülbül prospekti ev 14 ünvanında Turist İnformasiya Məntəqələri fəaliyyət gösrərir. Bu ofislərdə şəhərimizə gələn turistlər bütün zəruri informasiya ilə tanış olurlar. Mərkəz Azərbaycanın və Bakının turizm potensialını təbliğ edən müxtəlif çap məhsullarının nəşri ilə məşğul olur. Həmçinin, Mərkəz, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, Atəşgah Məbədi Dövlət-Tarix Memarliq Qoruğuna və "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna turlar təşkil etməkdədir. Mərkəzin İki Mərtəbəli avtobusda “Baku City Hop-on/Hop-off” turu da turistlər tərəfindən çox bəyənilir. 1 saat 30 dəqiqəyə 15 müxtəlif turistik məkanlarda olmaq şansı yaradır.