Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb

    “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb.

    Xalçaçılıq Mərkəzindən bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

    Jurnalın bu sayında akademik İsa Həbibbəylinin “Nəsimi sənətinin qüdrəti”, t.e.d., prof. Vidadi Muradovun “Cimi və cimililər”, t.ü.f.d. Pərvin Gözəlovun “Xanlıqlar dövrünə aid bayraqlarda atəşpərəstlik elementləri”, t.ü.f.d., dos. Gülzadə Abdulovanın “Milli geyimlərdə, aksesuarlarda xalça elementləri və onların semantikası”, fil.ü.f.d Çinarə Rzayevanın “Azərbaycan və özbək folklorunda ortaq atalar sözlərinə müqayisəli baxış”, fil.ü.f.d., prof. Səhər Orucovanın “Türk xalqlarında Novruz bayramı adətləri”, t.ü.f.d., dos. Səbuhi Əhmədovun “Polşa muzeylərində orta əsr Azərbaycan silahları”, Eldar Mehdiyevin və p.ü.f.d. Azər Cəlilovun “Atabəy-Eldənizlər dövlətinin hərbi sistemi” və s. kimi materiallar yer alıb.

    Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

  • “YARAT”da böyüklər üçün ustad dərsləri keçiriləcək

    Yanvarın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

    “YARAT”dan bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

    Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq. Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

    Yanvarın 22-dək davam edəcək ustad dərsləri çərşənbə günləri, 19:00-21:00 saatlarında keçiriləcək.

  • Musiqi məktəbində dünya bəstəkarlarının əsərləri səsləndirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində konsert proqramı keçirilib.

    İdarədən bildirilib ki, konsertdə şagirdlərin ifasında bəstəkarlardan P.Çaykovski, İ.S.Bax, K.Çerni, D.Şostakoviç, A.Kozakoviç və digərlərinin əsərləri məharətlə səsləndirilib.

    Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.

  • “Qoca və Mələk” növbəti dəfə göstərilib

    Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” tamaşasını növbəti dəfə nümayiş edilib.

    Teatrdan bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izlənilən tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

    Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

  • “Bir, iki – bizimki!” növbəti dəfə repertuara salınıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı bu ay da repertuara salıb.

    Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 30-da nümayiş ediləcək səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

    Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.

    Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

    Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

  • Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

    Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

    Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

  • "Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilib

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans elmi çıxışlarla davam etdirilib. 

    Sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi məruzələr söyləyiblər. 

    Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizovanın, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın çıxışları dinlənilib.

    Çıxış edənlər ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının öyrənilməsində vacib amil olduğunu bildiriblər. 

  • Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 1-də görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunacaq.

    Mədəniyyət Nazirliyinə istinadən bildirilir ki, səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.

    Operanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.

    Operada əsas partiyalardan biri - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

    Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.

    Səhnə əsərində, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.

  • Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq

    "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

    Müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq. Bu ilin mart ayının əvvəlində yığım xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. 

    “Bildiyiniz kimi "Sampo" firmasının müxtəlif model kombaynları Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində bu kombaynlar yüksək texniki göstəriciləri ilə yerli fermerlərin istifadəsindədir və rəğbətlə qarşılanır. "Gəncə Avtomobil Zavodu" "Sampo" kombaynlarının yığılması ilə bərabər onun Azərbaycan bazarında satışını, eləcə də satışdan sonrakı xidmətlərini həyata keçirəcək. Kombaynların həm də yaxın ölkələrə ixracı planlaşdırır”, -  deyə X.Fətiyev əlavə edib. Onun sözlərinə görə, ixracla bağlı həm İB-nin  marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib. “Biz "Sampo" şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş "Caspian Agro" 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olub. Biz "Sampo" kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq”, - X.Fətiyev bildirib.

  • Azərbaycanlı jurnalistin məqaləsi Türkiyənin tanınmış jurnalında dərc olunub

    Azərbaycanlı jurnalist, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Türkiyənin tanınmış jurnalı hesab edilən GLOBAL MEDİA-da yazısı dərc olunub.

    “Küresel Gazeteciler Konseyi” jurnalında dərc olunan yazıda medianın qloballaşmasından və baş verən hadisələrin mətbuata təsirindən bəhs olunur.

    Jurnalda Türkiyənin bir çox məşhur jurnalistlərinin də yazısı yer alıb. Onların içərisində “Küresel Gazeteciler Konseyi”nin rəhbəri Mehmet Ali Dim, “Hürriyyet” qəzetinin yazarı Aynur Tattersal, “Sabah” qəzetinin xəbər müdiri Osman Altınişık, münaqişə ocaqlarındakı fəaliyyəti ilə tanınan jurnalist İrfan Sapmaz, “Haberturk”ün əməkdaşı Bülent Aydemir, Mehmet Çetinkaya, “Doğan” agentliyinin rəhbəri Salih Zeki Sarıdanişmetin adını çəkmək mümkündür.

    E.Eyvazlının yazısı iki dildə - türk və ingilis dillərində yayımlanıb.

    Həmin yazını təqdim edirik:

    DEĞİŞEN DÜNYA, ÖLEN HUMANİTY VE KÜRESELLEŞEN MEDYA

    Dünya hızla değişmektedir. Bazen bu değişim, bilgi çokluğu insan beynini duraklatır, olayları tam algılayamaz duruma sokar.

    İnsanlar her gün yeni bir şeyin peşinden koşar, bir gün önce yediği yemeği, giydiği giysiyi daha sonra istemez.

    İnternet hayatı öylesine bireyselleştirdi ki, insan ilişkilerinde duyarsızlık egemendir. Şimdi öz kardeşler yabancılaşmış, humanity çaresiz kalmış.

    GLOBAL JOURNALİSM COUNCİL’E Götüren Yol

    Her şey değişir.

    Daha düne kadar patates yetişen topraklarda, bugün muz yetişmekte.

    Daha tavuk değil, teknoloji yumurtluyor. Bu listeyi sonsuza kadar uzatabiliriz...

    Bazen dünyanın tadı kaçmış, rengi değişmiş, havası zehirlenmiş gibimize gelir. Atalarımızın anlattığı dünya değil içinde yaşadığımız dünya…

    Evet, dostum, bu değişim bir tek günlük yaşantıda değil, tüm alanlarda kendisinden söz ettirmekte…

    Henüz öğrencisine bilgi vermeden öğretmene para gerekir. Önceleri hiç böyle değildi ama.

    Daha hastayı iyileştirmeden doktor para ister oldu. Önceleri hiç böyle değildi ama.

    Para tüm değerlerden değerli, tüm güçlerden güçlü oluverdi. Her şeyi parasına satmak, her şeyi parasıyla almak günümüzün gerçeği.

    İşte böyle…

    Değişen dünyada gazetecilik nasıl değişmesin ki?!

    Değişir, o da değişir…

    Klasik anlamda ana amacı insanlara gerçeği iletmek olan medya kurumları istemese bile bir işletmeye dönüşmekte. Nitekim gazeteci de insandır; iyi yaşamak, para sahibi olmak onun da hakkı.

    Fakat yeni medya kaynakları çoğu zaman gazetecileri iyi geçinmek fırsatından yoksun bırakmakta.

    Bürokrat kendi Twitter, Facebook hesabında açıklama yaparsa, herhangi devlet veya özel kurum bilgisini kendi sosyal medya hesabından yayınlarsa, insanlar önce kaynak olarak bu bilgileri internet sitelerinden alırsa, gazeteciye pek gerek kalmaz.

    Yıllar önce yaşlandıkça gençleşen gazeteciliğimiz şimdi sağır, kör, dilsiz, yürüyemeyen vücuda dönüşmekte.

    Dünyanın süper güç ülkelerinde de, onların etkisinde kalan bölgelerde de, medya kutuplaşmış, etkisi altına alınmış, belirli çıkarlar için kullanılmakta.

    1990’lardan başlayarak kimyevi silah arama adıyla ABD koskoca Irak’ı yerle bir etti. ABD’nin hangi medya kurumu konuyla ilgili doğru haber yazdı?!

    1992 yılında Ruslar Ermenilerle beraber Azerbaycan’ın Hocalı bölgesinde taşıdıkları ulusal kimlik yüzünden Azerbaycan Türklerine soykırım yaptılar. Rusya veya Ermenistan’a ait hangi medya kurumu buna karşı çıktı?!

    Gözümüzün önünde Suriye yağmalanmakta. Yağmacıların medya kuruluşları bundan hiç söz etti mi?

    Bütün dünya Türkiye’ye karşı PKK, HDP, PDP gibi terör teşkilatlarını devreye sokmuş. Amerika, Avrupa, Rusya medya kurumlarından karşı çıkan oldu mu peki?

    Asla! Nedeni zaten belli.

    İşte, böyle bir zamanda doğdu GLOBAL JOURNALİSM COUNCİL ...

    Gazeteciliği sahiplenmek, Türk toplumuna, tüm uygarlığa destek olmak, dünyaya doğruyu ulaştırmak için doğdu GLOBAL JOURNALİSM COUNCİL ...

    Bugün Türk Dünyasının toparlanması için siyasal, kültürel, ekonomi kurumları çalışmalar yapmaktalar.

    Fakat onların çalışma gerekliliğini, niteliğini tüm Türk toplumuna iletecek medya kurumu bugüne kadar hiç olmadı veya devamlı çalışmadı.

    Bu yüzden de…

    GLOBAL JOURNALİSM COUNCİL uluslararası gazetecilik kurumu olarak bu görevi üstlenme amacını taşıyacak güçtedir. Gerçek olan şu ki Türkiye dışında diğer Türk ülkelerinde dünya düzeyinde söz söyleyecek medya kurumu yok.

    Hem Türk ülkelerinde değişik medya kurumlarının gelişmesine destek vermek, onların çağdaş dünyaya uyum sağlaması, hem de bu medya kurumlarının tüm dünyadaki Türk toplumlarının birliğine yardım için kesinleştirilmiş belirli ana fikirden yola çıktık.

    Bu amaçla ilk toplantımızı Azerbaycan’da yaptık. Yakın günlerde diğer Türk devletlerinde, bu bağlamda Baltık devletler, Avrupa ülkeleri ve Amerika’da toplanacağız.

    Yaşamış olduğumuz zamanın trendleri de değişti. Yeni dönem çağdaş yaklaşımlar gerektirir.

    Biz GLOBAL JOURNALİSM COUNCİL olarak önce Türk toplumuna, daha sonra dünya gazeteciliğine, insanlığa katkıda bulunacağımızı umuyoruz. Bu inamla da yollara düştük…