Bakı şəhəri, 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad olunub.
Məktəbdən "Report"a verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb:
"Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib. Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmayıb və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirib. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb".
Yeni ildə də yeni tamaşalarla teatrsevərləri sevindirməyə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını reallaşdırıb.
Yaradıcı heyətin aylardır üzərində çalışdığı “Yeddi nar çubuğu” teatrsevərlərin ixtiyarına verilib.
Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər və mətbuat nümayəndələri iştirak ediblər.
Kiçik həcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.
Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor ideyadan irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib.
Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin də fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub.
Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb. İstər hadisələrə, istərsə də mahnı mətnlərinə orqanik musiqilər yazan bəstəkar çoxçalarlı musiqi həlli yara bilmişdi.
Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementlərindən də istifadə edən rejissor fərqli kukla texnikaları və oyun üslublarını bir araya gətirməklə rəngarəng bir səhnə həllinə nail olub.
Quruluşçu rəssamın çoxfunksiyalılıq verdiyi səhnə detalları, eləcə də işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə yaratması və məhdud məkanı məhz işıq effektləri ilə cilalaması baxımlı idi.
Hər biri bütünlükdə rəssam işi olan 3 səhnə geyimi, eləcə də istər canlı plan (Nağılçı), istərsə də 13-dən artıq kukla və köməkçi obrazlara verilmiş tərtibat rəssamın incə zövqünə və nağıl elementlərinə diqqətinin bariz nümunəsi idi.
Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bildi.
Tamaşaçıların maraqla izlədikləri tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.
Səhnəyə qoyuluşunun 112-ci ildönümü münasibətilə göstərilən opera dirijor İlahə Hüseynova tərəfindən idarə olunub.
Səhnə əsərində gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Elnur Zeynalov (Məcnun), Təyyar Bayramov (İbn-Salam), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) çıxış ediblər.
İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, opera maraqla qarşılanıb.
Çinin “Geely Group” avtomobil istehsalçısı Böyük Britaniyanın “Aston Martin” şirkətində pay əldə edə bilər.
Hazırda aparılan danışıqlarda, sadəcə, texnologi tərəfdaşlıq müqaviləsi də imzalana bilər.
Lüks avtomobillər istehsalçısı olan “Aston Martin” uzun müddətdir maliyyə çətinlikləri səbəbindən sərmayəçi axtarır. Belə ki, 2018-ci ilin doqquz ayında 23,9 milyon funtluq gəlirə qarşı ötən ilin eyni dövrünü 92,3 milyon funt zərərlə başa vurub. Şirkət dekabr ayında səhmlərinin nəzarət zərfini sata biləcəyi barədəki xəbərləri təsdiq edib. “Geely” ilə danışıqlar barədə xəbərlərin yayılmasından sonra şirkətin səhmləri 15 faiz bahalaşıb.
Bununla belə “Aston Martin”də pay sahibi olmağa əsas iddiaçı olan Formula-1-dəki “Racing Point” komandasının sahibi, milyarder Lourens Stroll mənbələrə görə, şirkətdə 19,9 faizlik pay sahibi olmaq üçün 200 milyon avro həcmində sərmayə yatırmağa hazırdır. Belə olan halda, “Geely”in də payçı olmağa razılaşıb-razılaşmayacağı hələlik məlum deyil.
Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk "3-lük"dən aralanıb. Əvəzində "Red Bull" pilotu Daniel Rikkardo liderliyə yüksəlib. "Mercedes"dən Valtteri Bottas ikinci, "Uilyams"dan Lens Stroll isə üçüncü yeri tutub.
Birinci yeri isə 2019-cu il Almaniya Qran-prisi tutub. Bu yarış yağışlı hava şəraitində baş tutub. Nəticədə Valtteri Bottas, Şarl Lekler, Daniel Rikkardo və Niko Hülkenberq kimi pilotlar yarışı erkən başa vurmalı olublar. Bu Qran-pridə qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. "Mercedes"dən Sebastyan Fettel ikinci, "Toro Rosso"dan Daniel Kvyat üçüncü yeri tutub. "Kanada 2011" son onilliyin ikinci, "Braziliya 2019" üçüncü ən yaxşı Qran-prisi sayılıb.
Yanvarın 17-26-da Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.
Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.
Yanvarın 12-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə, iki qurumun birləşdirilməsi prosesi başa çatıb.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektivin qalan 25%-nə kompensasiya ödənilib və onlar ixtisar olunub”, - o qeyd edib.
Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
İdarədən verilən məlumata görə, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.
Məlumatda qeyd edilir ki, bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır:
"Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.
Azərbaycan Mərkəzi Bankı bu il “7/24/365” layihəsini başa çatdırmağı planlaşdırır.
Bu barədə qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
“Həmin layihə nəticəsində ödəniş sistemimiz fasiləsiz işləyəcək. Bu, həm bank sektoru, həm də biznes üçün faydalı olacaq”, - deyə o, qeyd edib